>

Ünvan

Yusif Vəzir Çəmənzəminli,125
( Mirzə Uluqbəy ,125 )
Azadlıq Pr. 262 E

Zəng edin

(+994 12) 564 04 34
(+994 12) 564 04 35

Haqqımızda

Yüksək keyfiyyət

Az enerji

Sərfəli qiymət

Haqqımızda

  - Türkiyənin istilik və soyutma sistemləri istehsalçısı olan «Baymak» şirkəti 1969-cu ildə  fəaliyyətə başlayıb və 2013 - cü il etibarı ilə isitmə və soyutma sektoru sahəsində Avropanın ilk üç şirkəti arasında yer alan  “BDR  Therma”  Grupuna daxil olmuşdur. 

«Baymak»ın Türkiyədə 60 min kvadratmetr sahəsi olan fabriki, Türkiyənin hər nöqtəsində fəaliyyət göstərən 600-dən çox bayisi , 2100-dən artıq satış nöqtəsi və 300 dən çox yetkili servis mərkəzləri mövcuddur. 

 “ BDR Therma “ Grup isitmə - soyutma sektorunda dünyanın ilk üç şirkəti arasında yer alır ki,  «Baymak» şirkəti də bu qrupa daxil olmaqla dünyada və Türkiyədə öz mövqeyini daha da gücləndirmişdir. Hazırda «Baymak» dünyanın 65 ölkəsinə öz istehsalı olan məhsulları ixrac edir. Bunlara divar tipli yoğuşmalı qazanlar və kombilər, konvansiyonel kombilər ,radiatorlar,şofbenlər, mərkəzi sistem qazanları, termosifonlar, termoboylerlər, brülörlər, boylerlər, genişlənmə çənləri, panel radiatorlar, hidroforlar və sair aiddir. Son illər «Baymak»ın istehsal etdiyi məhsulların sırasında günəş kollektor paket sistemləri  və isi pompası sistemləri də mühüm tutur ki, bunlar da tam yeni texnologiya ilə istehsal edilir və enerjiyə daha qənaətlidir. 

Soyutma sahəsində isə «Baymak» divar tipi klima sistemləri , salon tipi klima sistemləri və multi tipi klima sistemləri istehsal edir. 

 

“AzNUR LTD “ MMC haqqında

- Biz «Baymak» şirkətinin nümayəndəsi olaraq 1999-cu ildən fəaliyyətə başlamış, 2003-cü ildən isə «Aznur Ltd» MMC olaraq fəaliyyət göstəririk. Məşğul olduğumuz əsas sahələr isitmə,soyutma və havalandırma sistemlərinin layihələndirilməsi, satışı , quraşdırılması və bu sahələrin servis xidmətlərindən ibarətdir. 

“AzNUR LTD “ MMC   “BAYMAK” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olmaqla , Bakıda və bir sıra bölgələrdə satış nöqtələri , təmsilşiləri və servis nöqtələri mövcüddur. Bölgələrdəki təmsilçilərimizdən Sumqayıt ,Gəncə, Bərdə, İsmayıllı, Xaçmaz, Quba, Lənkəran və sairləri qeyd edə bilərik. Biz , şirkət olaraq Azərbaycanın hər bir bölgəsində  öz xidmətlərimizi təqdim etməklə bərabər , həm də xidmət səviyyəmizin yüksəldilməsinə mühüm diqqət yetiririk. 

Hazırda şirkət olaraq  yoğuşmalı tip – yəni kondensasiyalı qazanlara və kombilərə üstünlük veririk. 

 Nədən yoğuşmalı kombi seçilməli ?

İlk öncə onu bilmək lazımdır ki, tam yoğuşmalı kombi ilə daha az qaz sərfiyyatı ilə daha çox isinmək mümkündür. Yəni konvansiyonel kombidə istifadə olunan qazla əldə etdiyimiz istiliyin bir qismi baca vasitəsi ilə çölə atılırsa, yoğuşmalı kombilərdə istifadə olunan yeni texnologiyaya əsasən bu itki aradan qaldırılır.

Düzgün layihələndirimiş və yetərli radiator sayı ilə təchiz olunmuş ,düzgün quraşdırılmış  istənilən bir məkanda yoğuşmalı kombilərin qaz sərfiyyatı, konvansiyonel kombilərlə müqayisədə  25 -30 % aralığında daha az olur.

12K+

Görülən işlər

10K+

Görülən işlər

Məsləhətə Ehtiyacınız var? Bizimlə əlaqəyə keçin